Millinin sabiq üzvü Premyer Liqa klubunda
İngiltərə Premyer Liqasında mübarizə aparan "Luton Taun" heyətini gücləndirməyə davam edir.
Sportline.az xəbər verir ki, bir vaxtlar İngiltərə millisində top qovan yarımmüdafiəçi Andros Taunsend “Luton Taun”a keçib.
Maraqlıdır ki, 32 yaşlı futbolçunun sözləşməsi 2024-cü ilin yanvarına qədər nəzərdə tutulub.
Son olaraq "Everton"da oynayan Taunsend bu yaydan etibarən azad agent statusunda idi.
Taunsend bunadək "Kristal Pelas", "Tottenham", QPR, "Birmingem", "Lids", "Milluoll", "Uotford", "İpsviç, "MK Dons", "Leyton Orient" və "Yovil"də forma geyinib, İngiltərə millisində isə 13 oyunda 3 qolla yadda qalıb.