Millinin sabiq üzvündən yarım milyon dollar oğurlandı

Ukraynada "Şaxtyor"un və Ukrayna millisinin sabiq müdafiəçisi Aleksandr Kuçerin evini qarət edən cinayətkarlar tutulub.

Sportline.az xəbər verir ki, dəymiş ziyanın məbləği 500 min dollar qiymətləndirilir.

Fərdi evlərdən oğurluq edən cinayətkar qrupun iki üzvünün yaxalandığı bildirilir. Onları 8 ilə qədər həbs gözləyir.