Millinin üzvlərinə mükafatlar ödənməyəcək
İngiltərə Futbol Federasiyaları Assosiasiyası ilə qadınlardan ibarət milli komanda arasında anlaşılmazlıq yaşanır.
Sportline.az The Guardian nəşrinə istinadla xəbər verir ki, federasiya rəhbərliyi komandanın 2023-cü il dünya çempionatında iştirakı üçün nəzərdə tutulan əlavə mükafatı ödəmək niyyətində deyil.
Buna isə FİFA-nın qadın komandaları üçün mükafatları birbaşa futbolçulara ödəmək qərarı səbəb olub.
Assosasiya bu səbəbdən futbolçular üçün nəzərdə tutulan bonusu dayandırmaq qərarı verib.