Millinin üzvü "Neftçi"dən ayrıldı
“Neftçi”də "yarpaq tökümü" başlayıb.
Yeni baş məşqçi Adrian Mutunun gəlişi ilə gözlənilən prosesin ilk iştirakçılarından biri Solomon Kverkveliya olub.
Sportline.az-ın əldə etdiyi məlumata görə, Gürcüstan millisinin müdafiəçisi ilə yollar ayrılıb.
Onunla 2024-cü ilədək bağlanılan müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.