Millinin üzvü psixoloqa müraciət edəcək
Braziliya millisi və "Tottenhem"in hücumçusu Rişarlison psixoloqa müraciə edəcək.
Sportline.az xəbər verir ki, məşhur futbolçu bunu Globo Esporte nəşrinə açıqlamasında deyib: "Meydanda mən xoşbəxt komanda oyunçusuyam. Qələbə üçün əlimdən gələni edirəm. Bəzən alınmır. Düşünürəm ki, bu, meydandan kənar amillərlə bağlıdır. Son 5 ayda şəxsi həyatımda narahatlıq var idi. İndi hər şey qaydasındadır. Mənim yalnız pulumu düşünən adamlar artıq həyatımda yoxdurlar. İngiltərəyə qayıdan kimi psixoloqa müraciət edəcəm. Bunu daha güclü olmaq üçün etməliyəm".
Qeyd edək ki, braziliyalı forvard 2023-cü ildə çıxdığı 29 oyunda cəmi iki qola imza atıb.