Millinin üzvü "Tottenhem"də

"Tottenhem" heyəti daha bir futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, londonlular İsrail millisinin üzvü Manor Solomonla 2028-ci ilədək müqavilə imzalayıblar.

İsrailli vinger FİFA-nın qaydalarına əsasən Ukrayna "Şaxtyor"u ilə müqaviləni pozmaq hüququndan yararlanıb.

Ötən mövsümü icarə əsasında "Fulhem"də keçirən Solomon 4 qol müəllifidir.