Millinin üzvündən tənqid yağışı

Niderland millisinin müdafiəçisi Virgil Van Dayk komandanın uğursuz nəticəsinə görə yoldaşlarını tənqid edib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli müdafiəçi “komanda yoldaşlarım oyuna istəksiz çıxırlar. Mübarizə aparmaqda çətinlik çəkirlər. Heç kimdə liderlik potensialı yoxdur”, - deyib.

Qeyd edək ki, Niderland millisi UEFA Millətlər Liqasında 3-cü yer uğrunda mübarizədə İtaliya millisinə 2-3 hesablı məğlubiyyətə uğrayıb.