Millinin üzvünə Türkiyədən təkliflər
Millimizin hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu barədə “Telgraf” qəzeti məlumat yayıb.
Bildirilib ki, “Qrasshopper” klubunda çıxış edən 24 yaşlı forvard Super Liqanın 3 klubunun diqqət mərkəzindədir.
“Qaziantep” və “Sivasspor” transferi həyata keçirmək üçün artıq isveçrəlilərlə danışıqlara başlayıb.
Həmçinin “Konyaspor” da onun xidmətində maraqlıdır.
Qeyd edək ki, Renat Dadaşovun “Qrasshoppers”lə müqaviləsi gələn ilin yayında bitir.