Millinin yeni forması təqdim olunub
Portuqaliya millisi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatı üçün iki dəst forma təqdim edib.
Sportline.az xəbər verir ki, millinin texniki sponsoru Amerikanın məhşur “Nike” şirkəti olub.
Portuqaliya millisi AVRO 2024-ün F qrupunda Çexiya, Türkiyə ilə yanaşı Millətlər Liqasında C qrupu pley-off yolunun qalibi (Yunanıstan /Qazaxıstan /Lüksemburq / Gürcüstan) ilə mübarizə aparacaq.
Xatırladaq ki, AÇ-nin son qalibi İtaliya seçməsidir.
Portuqaliyalılar isə son dəfə AVRO:2016-nın finalında Fransanı əlavə vaxtda 1-0 hesabı ilə məğlub edərək kubokun sahibi olublar.