Mirançuk - 59

Rusiyalı yarımmüdafiəçi Aleksey Mirançuk "Atalanta"nın 2023/24 mövsümü üçün 59 nömrəli formanı seçib.

Sportline.az xəbər verir ki, milli komandalarına çağırılmayan “Atalanta”nın futbolçuları məşq prosesini bərpa edəcək. Bu futbolçular arasında Aleksey Mirançuk da olacaq.

A Seriyasının üç turundan sonra rusiyalının matçlara iştirak ərizəsində olmadığı "Atalanta "6 xal toplayıb və "Napoli", "Verona" ilə 5-7-ci yerləri bölüşür.

Berqamo klubu fasilədən sonra ilk oyununu sentyabrın 17-də səfərdə “Fiorentina”ya qarşı keçirəcək.