Mirançuk "Torino"ya qayıtmaq istəyir
"Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk baş məşqçi Can Pyero Qasperininin planlarına daxil deyil.
Sportline.az xəbər verir ki, futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Torino”ya qayıtmaq istəyir.
O, hələ bu mövsüm “Atalanta”da oynamayıb.
27 yaşlı rusiyalı "Torino"nun heyətində ötən mövsüm A Seriyasında 4 qol vurub, 5 məhsuldar ötürmə edib.