Məşhur klubda yeni müqavilələr

"Sportinq" iki hücumçu ilə müqavilələrinin uzadıldığını açıqladı.

Sportline.az xəbər verir ki, Pedro Qonçalveş və Nuno Santuş 2027-ci ilə qədər müqavilə imzalayıb.

25 yaşlı Qonçalveş Lissabon klubuna 2020-ci ildə "Famalican"dan, 28 yaşlı Santuş isə həmin il "Riu Ave"dən keçib.

Ötən mövsüm Qonçalveş 51 matçda 20 qol vurub, 15 məhsuldar ötürmə edib, Santuş isə 50 oyunda 9 qol vurub, 9 məhsuldar ötürmə edib.