Mitroviç "Fulhem"dən ayrılmaq istəyir

Aleksandr Mitroviç "Fulhem"də oynamaqdan imtina edir.

Sportline.az xəbər verir ki, hücumçu yaxınlarına bildirib ki, o, bir daha London komandasının formasını geyinməyəcək, çünki onlar futbolçu üçün 52 milyon funt sterlinq tələb edirlər ki, bu da bütün maraqlı klubları qorxuya salacaq.

"Əl-Hilal"ın iki təklifinin rədd edilməsi oyunçunu xüsusilə qəzəbləndirir.

Mitroviç Premyer Liqada 2022/23 mövsümündə  24 oyunda 14 qol vurub.