Yemelyanenko döyüş meydanına qayıdır
MMA-nın ən məşhur simalarından biri olan Aleksandr Yemelyanenko yenidən arenaya qayıdır.
Sportline.az xəbər verir ki, bu haqda idmançının meneceri Nikita Burçak Matç TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Yemelyanenko oktyabrın sonlarında Ceff Monsonla qarşılaşacaq.
Burçak 42 yaşlı idmançının çiynindəki zədənin tam sağalmadığına rəğmən, döyüşün baş tutacağına inandığını vurğulayıb.