"Modriç Motsart kimidir"
Robin van Persi Luka Modriçin oyunu haqda danışıb.
Sportline.az xəbər verir ki, Persi Modriçi Motsarta bənzədib.
“O, yəqin ki, tarixin ən yaxşı oyunçularından biridir. O, Motsart kimidir, sənət adamıdır. Mən onu altı həftə əvvəl Niderlandda Millətlər Liqasında izlədim. Onun neçə yaşı var, 37, 38? O, hələ də dominantlıq edir, başının arxasında gözləri var" - deyə keçmiş hücumçu “Dinamo Plus”a müsahibəsində bildirib.