Modriç Türkiyə məğlubiyyətini qiymətləndirib
Xorvatiya millisinin kapitanı Luka Modriç AVRO-2024-ün seçmə oyununda Türkiyə komandasına məğlubiyyəti şərh edib.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli futbolçu nəticənin onlar üçün gözlənilməz olduğunu bildirib.
"Belə bir sonluq bizi bir qədər sarsıtsa da, rəqibin qələbəyə layiq olduğunu deməliyəm. Onlar bizdən daha yaxşı oynadılar. Uzun zamandır belə pis oynadığımızı xatırlamıram. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara köklənməliyik", - deyə Modriç fikrini açıqlayıb.
Qeyd edək ki, ötən gecə keçirilən Xorvatiya - Türkiyə matçı 0-1 hesabı ilə başa çatıb.