"Monako"da yeni baş məşqçi

"Monako" Adi Hutterin baş məşqçi təyin olunduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, avstriyalı mütəxəssislə 2 mövsümlük - 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb. Çərşənbə günü Hütter "Monako"nun ilk məşqində olacaq.

Adi Hütterin son iş yeri 2022-ci ilin mayında tərk etdiyi "Borussiya Mönhenqladbax" olub. O, “Ayntraxt”, “Yanq Boyz” və digər komandalarda da çalışıb.

Banner