"Monako"dan Səudiyyə klubuna
“Monako”nun keçmiş baş məşqçisi Filip Klement Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubuna başçılıq etməyə yaxındır.
Sportline.az xəbər verir ki, 49 yaşlı belçikalı bu həftə Səudiyyə Ərəbistanında "Əl-Şəbab" rəhbərliyi ilə görüşəcək.
Klementin son klubu bu yay tərk etdiyi "Monako" olub. Bundan əvvəl Klement "Brügge", "Genk" və "Vasland-Beveren"i çalışdırıb.