"Monako"nun futbolçusu Premyer Liqada oynaya bilər
Aksel Disasi karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə "Mançester Yunayted" və "Nyukasl" maraqlanır .
"Monako" oyunçunun satışı üçün 45-50 milyon avro istəyir. İngiltərə klubları artıq bundan xəbərdardır, onlarla danışıqlar davam edir.
Son mövsüm Disasi 38 oyun keçirib və 3 qol vurub.