"Monpelye" "Çelsi"yə "yox" dedi
"Monpelye" Ellie Vai üçün "Çerlsi"nin təklifini rədd edib.
Sportline.az xəbər verir ki, londonlular 20 yaşlı fransız üçün 27,5 milyon avro təklif etsə də, Fransa klubu bu təklifi rədd edib. Buna baxmayaraq, klublar gələcək danışıqlara açıqdır.
Vai ötən mövsüm Monpelyenin heyətində Liqa 1-də 33 oyuna çıxıb, 19 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 35 milyon avro qiymətləndirir.