Montella Türkiyə millisində

Vinçenzo Montella Türkiyə millisinə rəhbərlik edəcək.

Sportline.az xəbər verir ki, Montella ilə müqavilə 31 iyul 2026-cı ilə qədərdir.

Montella daha əvvəl “Adana Dəmirspor”da çalışıb. 49 yaşlı italiyalı mütəxəssis 2021-2023-cü illərdə kluba rəhbərlik edib. 2022/23 mövsümündə onun rəhbərliyi altında komanda Türkiyə Superliqasında 4-cü yeri tutub.