Morata: "Bu yay "Atletiko" ilə müqaviləmi 2 dəfə yenilədim"

"Atletiko Madrid"in hücumçusu Alvaro Morata yeni açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, futbolçu yayda klubu ilə müqaviləsini iki dəfə yenilədiyini diqqətə çatdırıb.

“Bu yay "Atletiko" ilə müqaviləmi iki dəfə yenilədim. Mən getməyə hazırlaşırdım, amma sonra Simeone ilə danışdım və bunun mümkün olmadığını başa düşdüm. “Atletiko” ilə titul qazanmağa can atıram. Bu, mükəmməl bir hiss olardı”, - deyə Morata açıqlamasında bildirib.

30 yaşlı futbolçuya Səudiyyə Ərəbistanından da təkliflər olub. Amma Morata yekunda "Atletiko"nu seçib.

Cari mövsümdə forvard "Atletiko"nun heyətində ümumilikdə 8 oyun keçirib və 7 qol vurub. Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.