Morata Italiya klubunda
Avropa çempionu Moratanın yeni komandası bəlli olub.
Sportline.az xəbər verir ki, ispaniyalı hücumçu "Milan" klubu ilə razılıq əldə edib.
Moratanın bu həftə ərzində Milanda tibbi müayindədən keçəcəyi və "Rossoneri" ilə 4 illik müqavilə imzalayağı gözlənilir
İtaliya klubu bu transfer müqabilində "Atletiko"ya 13 milyon avro ödəyəcək. Moratanın yeni klubunda illik maaşı 5 milyon avro təşkil edəcək
Qeyd edək ki, daha əvvəl "Real Madrid" , "Çelsi" və "Yuventus" kimi komandaların formasını geyinən təcrübəli hücumçu ötən mövsüm Madrid klubu ilə çıxdığı 48 oyunda 21 qol və 5 asistlə oynayıb.