Morata "Milan"a keçidini təstiqləyib
"Atletiko Madrid"in hücumçusu və İspaniya millisi ilə Avropa çempionu Alvaro Morata "Milan"ın futbolçusu olacağını təsdiqləyib.
Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu AS qazetinin müxbirinin "Milana keçəcəksən?" sualına "Mən hələ tibbi müayinədən keçməliyəm, amma bəli" belə cavab verib.
Daha əvvəl mətbuatda Moratanın "Milan"la 2027/2028 mövsümünə qədər anlaşdığı iddia edilmişdi.Transfer məbləğinin 13 milyon avro təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, ispaniyalı hücumçu ötən mövsüm "Atletiko Madrid"in heyətinə 48 oyunda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.