Moskva "Spartak"ı braziliyalı hücumçu ilə maraqlanır

"Real Betis"in futbolçusu Uilliam Jose karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Spartak" klubunun rəhbərliyi oyunçunun meneceri ilə ilkin danışıqlara başlayıblar.

32 yaşlı oyunçu ötən mövsüm "Betis" klubu ilə çıxdığı 43 oyunda 14 qol vurub, 6 asist edib.

Qeyd edək ki, onun hazırki transfer dəyəri 5 milyon avrodur.