Mourinyo ərəb klublarının təklifini qəbul etmədiyinin səbəbini açıqladı
"Roma"nın çalışdırıcısı Joze Mourinyo ərəb klublarının təkliflərini nəyə görə qəbul etmədiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, o, La Gazetta dello Sport nəşrinə müsahibəsində "Əl-Hilal" və "Əl-Əhli"dən təklif aldığını bildirib: "Bu klublardan təklifim var idi. Amma, onlara əvvəlcədən anlaşa bilməyəcəyimizi dedim. "Roma"nın futbolçularına və azarkeşlərinə verdiyim sözü tutmaya bilməzdim. Bununla yanaşı imtina etməyimin başqa səbəbləri də var idi".
Qeyd edək ki, mayın 19-da hakimin ünvanına təhqiramiz ifadələr işlədən Mourinyo İtaliya çempionatının iki turunun oyununu tribunadan izləməli olacaq.
O, həmçinin 50 min avro məbləğində cərimə də ödəməlidir.