Mourinyo İbranı istəyir
PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını "Premyer Liqa"da davam etdirə bilər. SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, futbolçu "Çelsi"nin hədəfindədir.
Məlumatda klub prezidenti Roman Abramoviçin də İbrahimoviçin keçidinə isti münasibət bəslədiyi bildirilib. London təmsilçisinin qız transfer pəncərəsində Fransa klubuna rəsmi təklif ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, 34 yaşlı forvard 2012-ci ildən PSJ-nin şərəfini qoruyur.