Mourinyo qalmaqalı davam edir
UEFA-nın Apellyasiya Komitəsi "Roma"nın baş məşqçi Joze Mourinyonun "Sevilya" ilə Avropa Liqasının final oyunundan sonra hakimin ünvanına nalayiq ifadələr işlətdiyi üçün diskvalifikasiyası ilə bağlı şikayətini təmin etməyib.
Sportline.az xəbər verir ki, iyunun 21-də Mourin Avropa Liqasının finalında hakimi təhqir etdiyinə görə UEFA tərəfindən 4 oyunluq cəzalandırılıb.
60 yaşlı mütəxəssis Avropa Liqasının həlledici oyununda Antoni Teylorun işindən narazı qalıb. O, matç başa çatdıqdan sonra dayanacaqda hakimi təhqir edib.
Beləliklə, Mourinyo 2023/24 mövsümündə Avropa Liqasının qrup mərhələsinin bəzi oyunlarını buraxacaq.