Mourinyonun yeni klubu
"Saraqosa" və "Atletiko Madrid" Santyaqo Mourinyonun icarəsi ilə bağlı razılığa gəlib.
Sportline.az xəbər verir ki, tibbi müayinədən keçdikdən sonra uruqvaylı futbolçu komanda ilə 1 illik müqavilə imzalayıb.
21 yaşlı futbolçu bu il iyulun əvvəlində "Atletiko"ya keçib. Madrid klubu futbolçunu "Rasinq Montevideo"dan 2,7 milyon avroya alıb. Klubla müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.