Mövsümün startına iki gün qalmış istefaya göndərildi

"Zalsburq" rəhbərliyi mövsümün başlamasına iki gün qalmış baş məşqçi Mattias Yassleni istefaya göndərib.

Sportline.az xəbər verir ki, bu haqda Avstriya klubunun syatında məlumat verilib.

Buna 35 yaşlı mütəxəssisin "Əl-Əhli" ilə gizli danışıqları səbəb olub.

Qeyd edək ki, 2021-ci ildən "Zalsburq"u çalışdıran Yassle komandaya iki dəfə ölkə çempionu titulunu qazandırıb.