Murad Musayev: "Komanda olaraq güclüyük"

“Avrokuboklarda debüt edəcəyimizi nəzərə alsaq, istənilən klubla oyun bizim üçün ciddi sınaqdır".

Sportline.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev klubun mətbuat xidmətinə açıqlamasında Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

"Sabah" 2-ci təsnifat mərhələsində “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. M.Musayev isə bu komandaları belə qiymətləndirib: "RFS Latviya çempionatının liderlərindən biridir və ötən mövsümdə Konfrans Liqasının qrup mərhələsində iştirak ediblər. Bu komandanın əsas üstünlüyü hazırda çıxış etdiyi ölkədə çempionatın davam etməsidir ki, bu da onlara avrokubok oyunlarına əla formada gəlmələrinə şərait yaradacaq. “Makedoniya GP” ardıcıl ikinci ildir ölkə kubokunu qazanır. Bu amil onların pley-off matçlarında oynamaq bacarığından xəbər verir. Növbəti mövsümün hazırlıqlarına bu gün başlayacağıq. Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq. Bütün gücümüzü ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacağıq”.