Musa Qurbanlı ən yaxşılar sırasında

“Sofascore” araşdırma şirkəti İsveç çempionatında XXI turun simvolik komandasını açıqlayıb.

Sportline.az xəbər verir ki, rəmzi “11-liyə” “Yurqorden”in azərbaycanlı hücumçusu Musa Qurbanlı da salınıb.

21 yaşlı forvard “Deqerfors”la matçda 2 qol, 1 assistə töhfə verməklə, ən yaxşı hücumçular arasına düşüb. Onun bu zəhməti 8,7 balla qiymətləndirilib. Qurbanlının komanda yoldaşı olan müdafiəçi Markus Danielson da simvolik komandaya düşüb.

Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.