Musa Qurbanlı "Yurqorden"də debüt etdi
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında debüt edib.
Sportline.az xəbər verir ki, gənc futbolçu İsveç çempionatının XVI turunda “Elfsborq”a qarşı oyunda meydana çıxıb.
O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.
Oyun “Yurqorden”in 0:4 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.