Musa Qurbanlının yeni klubunda təqdimatı oldu
İsveçin "Yurqorden" komandası Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının transferini açıqlayıb.
Sportline.az xəbər verir ki, Stokholm təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
21 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Musa Qurbanlı son olaraq "Qarabağ"da çıxış edib. O, "Zirə"nin də formasını geyinib.