Musa üçün növbəti şans

Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” İsveç çempionatında 18-ci tur oyununa çıxacaq. 

Sportline.az xəbər verir ki, komanda səfərdə “Myelbyü” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Musa da bu oyun üçün “Yurqorden”in iştirak ərizəsində yer alıb. 

Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 30 xalla (17 oyun) 4-cüdür. “Myelbyü” isə 22 xalla (16 oyun) 8-ci pillədə qərarlaşır. 

İsveç çempionatı, 18-ci tur

17:00. "Myelbyü" - "Yurqorden" 

Baş hakim: Adam Leydbek

"Strandvallen" stadionu