Musiala yeni təklifi rədd etdi
“Bavariya” ulduz futbolçusuna yeni müqavilə təklif edib.
Sportline.az "Mirror Futbol" qəzetinə istinadən xəbər verir ki, Camal Musiala “Bavariya”nın yeni müqavilə təklifi ilə razılaşmayıb.
Buna səbəb 21 yaşlı oyunçunun həftəlik 300 min funt sterlinq istəməsidir.
Qeyd edək ki, Musiala İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.