Musialanın durumu açıqlandı
"Bavariya"nın futbolçusu Camal Musialanın durumu açıqlanıb.
Sportline.az xəbər verir ki, 21 yaşlı hücumçu ayağındakı zədəyə görə bir müddət meydandan kənarda qalacaq.
Bu haqda "Sky Sport" məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, Musiala Bundesliqada "Ayntraxt"a qarşı, həmçinin, milli komandanın Bosniya və Herseqovina və Niderlanda qarşı oyunlarını buraxmalı olacaq.
Onun əvəzinə milliyə "Ştutqart"dan Ceymi Levelinq dəvət olunub.