“Napoli” Amrabat uğrunda “Mançester Yunayted”lə yarışacaq
"Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını başqa klubda davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Napoli” 27 yaşlı mərakeşli üçün yarışacaq. Futbolçu "Mançester Yunayted"in də hədəfindədir.
Ötən mövsüm Amrabat bütün yarışlarda 49 oyuna çıxıb. Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" oyunçunu 30 milyon avro qiymətləndirir.