"Napoli" Italiya millisinin üzvü ilə anlaşıb

"Napoli" "Torino"da çıxış edən Alessandro Boncornonu rənglərinə bağlayıb.

Sportline.az xəbər verir ki, bu barədə Neapol klubunun rəsmi hesabı məlumat yayıb.

"Napoli" bu transfer üçün Turin klubuna 35 milyon avro ödəyib.Boncorno ilə müqavilə 2029-cu ilə qədər imzalanıb.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsüm A Seriyasında 29 oyunda 3 qol və 1 asistlə çıxış edib.