"Napoli" Kvaratsxeliyanı daha 1 il komandada saxlamaq istəyir

 

"Napoli"nin prezidenti Aurelio De Laurentis Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanı ən azı bir il komandada saxlamaq üçün onunla yeni müqavilə imzalamaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu barədə Tuttosport nəşri məlumat yayıb.

Yeni müqaviləyə müəyyən məbləğdə təzminat daxil olacaq və Xviçanın maaşı da artırılacaq. Danışıqların AVRO 2024-dən sonra başlaması planlaşdırılır.

Kvaratsxeliya 2022-ci ildə "Napoli"də çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. 23 yaşlı vinger ötən mövsüm neapolluların heyətində 45 oyunda 11 qol və 9 asistlə yadda qalıb.Transfermarkt portalında futbolçunun hazırki dəyəri 80 milyon avrodur.