"Napoli" Osimhenə fantastik qiymət qoydu
"Napoli" Viktor Osimhen üçün almaq istədikləri məbləği artırıb.
Sportline.az xəbər verir ki, əvvəlcə neapollular hücumçunun 150 milyon avroya satılmasına razı idi. Amma indi söhbət 180 milyon avrodan gedir.
PSJ bu şərtlərlə razılaşmaq niyyətində deyil və hərracda iştirak etməyi planlaşdırmır.
Keçən yayla müqayisədə transfer büdcəsinin artmasına baxmayaraq, rəhbərlik bir futbolçuya o qədər pul xərcləmək fikrində deyil.
Osimhen 2022/23 mövsümündə A Seriyasında 32 oyunda 26 qol vurub.