"Napoli"də uzunmüddətli müqavilə
"Napoli" hücumçusu Cakomo Raspadori ilə 2028-ci ilə qədər müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, ötən mövsüm neapollular 23 yaşlı italiyalı ilə 1 illik icarə müqaviləsi imzalayıb. "Transfermarkt" portalının məlumatına görə, tam transfer kluba 26 milyon avroya başa gəlib.
2022/23 mövsümündə Raspadori "Napoli"nin heyətində 35 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.