"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Napoli" öz "Twitter" hesabında klubun vingeri Xviça Kvaratsxeliya ilə müqavilənin mümkün uzadılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportline.az xəbər verir ki, klub bu xəbəri təkzib edib.
“Kvaratsxeliya ilə müqavilənin uzadılması üçün aparılan danışıqların davam etdiyi barədə xəbərlər yayılmağa davam edir. Bütün bunlar cəfəngiyatdır. Heç bir "Napoli" təmsilçisi müqaviləsi 4 ildən sonra başa çatacaq oyunçu ilə müqavilənin mümkün uzadılması barədə danışmayıb”, - deyə klubdan bildirilib.
Kvaratsxeliya 2022-ci ilin yayında "Napoli"yə keçib. 22 yaşlı futbolçu bu mövsüm A Seriyasında 2 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.