"Napoli"dən "Verona"ya
Yarımmüdafiəçi Maykl Folorunşo "Napoli"dən "Verona"ya keçib.
Sportline.az xəbər verir ki, klublar 25 yaşlı italiyalı üçün 1 illik icarə müqaviləsi imzalayıb.
Neapollular futbolçunu 2019-cu ildə "Frankavilya"dan alıb, lakin o, hələ komandada debüt etməyib.
Folorunşo ötən mövsüm "Bari"də icarə əsasında çıxış edib. O, bütün yarışlarda 32 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.