Naxçıvan və Tovuz komandaları üz-üzə

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında yaranacaq fasilə ilə əlaqədar futbolçulara üçgünlük istirahət verib.

Sportline.az xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də bir araya gələcəklər və məşqlərini Bakıda davam etdirəcəklər.

"Araz-Naxçıvan" oktyabrın 14-də "Turan Tovuz"la yoxlama oyunu keçirəcək. Görüşün məkanı və başlama saatı hələlik bəlli deyil.