Neapol-Bakı Assosiasiyasından "Qarabağ"a fərqli dəstək
İtaliya və Azərbaycan, Neapol və Bakı – mədəniyyət və idmanla birləşən şəhərlər: çərşənbə axşamı noyabrın 25-də Neapoldakı San Françesko monastırında “İki Şəhər” himninin təqdimatı olacaq.
İtaliya ilə Azərbaycan arasında dostluq ruhunda keçiriləcək “Görüşü gözləyərkən” adlı tədbir məhz dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.
Bu görüş UEFA Çempionlar Liqasında iki ölkəni təmsil edən komandaların, "Napoli" və "Qarabağ"ın qarşılaşması ərəfəsində mədəni dəyər paylaşımları üçün bir imkan kimi nəzərdə tutulub. Beləliklə, idman dialoq, mübadilə və qarşılıqlı ənənələrin dəyərləndirilməsi üçün vasitəyə çevrilir.
Musiqi – iki şəhər arasında körpü
Tədbir zamanı Neapol və Bakı arasındakı əlaqəni simvolizə edən “İki Şəhər” adlı himn ilk dəfə təqdim olunacaq. Əsəri ifadəli səsi və lirika ənənəsi ilə müasir musiqini birləşdirmək bacarığı ilə tanınan beynəlxalq tenor, neapollu sənətçi Giuseppe Gambi ifa edəcək.
Neapol–Bakı Assosiasiyasının himayəsi altında mədəni təşəbbüs
Assosiasiyanın prezidenti Giuseppe Caniglia, vitse-prezidenti Elnur Camalxanov və üzvləri, Dario Ciccarelli tərəfindən təşkil olunan tədbir, EnerGas və Lello Ferraranın rəhbərlik etdiyi San Françesko monastırının dəstəyi ilə həyata keçiriləcək. Bu təşəbbüs assosiasiyanın iki xalq arasında mədəni dialoqu, əməkdaşlığı və davamlı əlaqələri təşviq edən daha geniş fəaliyyətinin bir hissəsidir və bura bədii, sosial, iqtisadi və idman layihələri daxildir. Tədbirdə idman jurnalisti və televiziya şərhçisi Giuseppe Gargiulo da çıxış edəcək.
Günün sonunda iştirakçılar arasında ünsiyyəti gücləndirmək və iki mədəniyyət arasında körpünü daha da möhkəmləndirmək məqsədilə dostluq görüşü keçiriləcək. Tədbirə Azərbaycan və Neapol şəhər administrasiyasının, həmçinin "Napoli" futbol klubunun nümayəndələri və Azərbaycan Respublikasının Italiyadakı səfiri Rəşad Aslanov dəvət olunub.
Tədbir Neapol–Bakı Assosiasiyasının təşəbbüsü ilə çərşənbə axşamı, 25 noyabr saat 12:00-da Neapolun Vomero rayonunun mərkəzində, Luka Cordanо küçəsi 2 ünvanında yerləşən təsirli San Françesko monastırında (Aniello Falkone meydançası yaxınlığında) təşkil olunacaq.
