“Neftçi” “Fənərbaxça”ya qarşı
Bu gün Sankt-Peterburqda “Neftçi” və “Fənərbaxça” arasında oyun keçiriləcək.
Sportlıne.az xəbər verir ki, Azərbaycan və Türkiyə təmsilçiləri “Kubok Pari Premyer” turniri çərçivəsində üz-üzə gələcəklər. Bu, eyni zamanda rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi qismində ilk oyunu olacaq.
“Neftçi” - “Fənərbaxça” matçı ilə turnirə yekun vurulacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Bakı klubu bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzub. Komanda bu nəticə 4 komandalı turnirdə axırıncı yeri tutur. “Fənərbaxça”nın isə 1 xalı var. “Neftçi” turnirdə sonuncu olmamaq üçün qələbə qazanmalıdır.