"Neftçi" futbolçularını icarəyə verdi
“Neftçi” 3 oyunçusunu icarəyə verib.
Sportline.az xəbər verir ki, bunlar Vüsal Əsgərov, Seymur Əliyev və Xəyal Nəcəfovdu.
İlk iki oyunçu “İrəvan”a, Nəcəfov isə “Turan Tovuz”a 1 ilik icarəyə verilib.
Bundan başqa, icarə əsasında oynadığı “Turan Tovuz”dan qayıdan Turan Vəlizadə “Neftçi-2” ilə birgə hazırlaşır.
Müqaviləsi başa çatan Asim Əlizadə və sözləşməsinə qarşılıqlı razılıqla xitam verilən Elşad Tağıyevlə yollar ayrılıb.
Ötən mövsüm əsas komandaya cəlb edilən Ömər Qurbanov isə “Zirə”yə keçib.