"Neftçi" - "Rapid" oyununun biletləri satışda

"Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Rapid”lə (Avstriya) keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb. Biletlərin qiyməti 2, 5 və 10 manat təşkil edir.

Qeyd edək ki, avqustun 4-ü "Bakcell Arena"da keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlayacaq.

Banner