"Neftçi" "Spartak"a uduzdu

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi" bu gün Moskva "Spartak"ı ilə yoldaşlıq oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Rusiya paytaxtında keçirilən oyun meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə nəticələnib.

Yoldaşlıq oyunu,

Moskva, "Otkrıtie Bank Arena"

"Spartak" - "Neftçi" 2-0 (2-0)

Qollar: Melyoşin, 34,  Promes, 37